"Bu transferin "Neftçi"yə neçəyə başa gəldiyini bilmirəm, ucuz oyunçu deyil"

7 İyul 2022 12:40 Neftçi 2 104
"Bu transferin "Neftçi"yə neçəyə başa gəldiyini bilmirəm, ucuz oyunçu deyil"

"Kvirkveliya bizimlə təlim-məşq toplanışındadır. O, həddindən artıq yaxşı futbolçudur".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yeni transfer Solomon Kvirkveliya barədə danışarkən deyib.

"Neftçi" Solomon Kvirkveliya ilə 2 illik müqavilə imzalayıb. 47 yaşlı mütəxəssis gürcüstanlı müdafiəçinin komandası üçün faydalı olacağına inandığını bildirib:

"1 metr 96 santimetr boya malikdir. Ən əsası, onun beynəlxalq təcübəsi var. Kvirkveliyanının oyununu Gürcüstan millisinin Bolqarıstan və Şimali Makedoniyaya qarşı keçirdiyi matçlarda gördüm və çox bəyəndim".

Rumıniyalı baş məşqçi ölkəsinin "Styaua" klubunun da 30 yaşlı futbolçu ilə maraqlanmasından xəbərsiz olduğunu söyləyib:

"Kvirkveliyanın ucuz oyunçu olduğunu düşünmürəm. Transferin neçəyə başa gəldiyini bilmirəm. Bu, mənim işim deyil".

Digər Xəbərlər
Xəbər Lenti