“Neftçi” daha 2 legioneri gətirmək üçün təyyarəni havaya qaldırdı

3 İyul 2022 11:00 Neftçi 3 990
“Neftçi” daha 2 legioneri gətirmək üçün təyyarəni havaya qaldırdı

Konfrans Liqasında tədarük görən “Neftçi” daha 2 transfer etmək niyyətindədir.

Bu barədə Sportinfo.az-a klubdan məlumat daxil olub.

Redaksiyamıza bildirilib ki, yeni gələcək oyunçuların ikisi də legionerdir və hazırda danışıqlar razılaşma mərhələsindədir.

Qeyri-adi hadisə baş verməsə, onlar ən qıa tarixdə komandanın Türkiyədəd başlayan təlim-məşq toplanışına qoşulacaq.

“Ağ-qaralar”ın maraq dairəsinə düşənlərdən biri hücumçu, digəri isə müdafiəçidir.

Bakılılar cari yay transfer bazarında hələlik 3 əcnəbi futbolçu gətirib. Bunlar israilli yarımmüdafiəçilər - Ataa Caberi və Kenni Sayef, həmçinin qanalı hücumçu Qodsvey Donyodur.

Ötənilki heyətdən Tiaqo Bezerra ilə Ramon Maçado ilə müqavilənin müddəti uzadılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!