“Neftçi” ən çox pul ödədiyi forvardı kimin sözüylə yola saldı?

30 İyun 2022 23:40 Neftçi 1 809
“Neftçi” ən çox pul ödədiyi forvardı kimin sözüylə yola saldı?

“Neftçi” Tiaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib.

Klub braziliyalı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.

Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

"Ağ-qaralar"a 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub. 35 yaşlı legioner "Neftçi"nin ən məhsuldar forvardı olub.

Bakılıların onu yola salması maliyyə şərtləri ilə əlaqədardır. “Sambaçı” paytaxt təmsilçisinin ən yüksək ödənişli oyunçusu idi.

Cənubi amerikalı 350 min dollar qarşılığında “ağ-qaralar”la anlaşmışdı.

Bezerra müqaviləsini yeniləmək üçün maliyyə şərtlərində güzəştə getməyə hazır olsa da, yeni baş məşqçi Lorentsiu Regekampf damışıqların bərpasına razılıq verməyib.

Rumıniyalı çalışdırıcı braziliyalının kifayət qədər yaşlı olmasını əsas gətirərək, qalmasını istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti