"Neftçi"ni çempion etdi, paytaxt klubundan da getdi

24 May 2022 12:40 Neftçi 1 864
"Neftçi"ni çempion etdi, paytaxt klubundan da getdi

"Neftçi"nin sabiq forvardı Ahmed Ahmedov Sofiya MOİK-i ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib.

Bolqarıstanlı forvard iki il ölkənin ən titullu klubunda çıxış etdiyini vurğulayaraq, ona dəstək olan hər kəsə təşəkkür edib və komandaya uğurlar arzulayıb.

Ahmed Ahmedov 2020-ci ildən MOİK-in formasını geyinib. O, 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"də çıxış edib və "ağ-qaralar"la ölkə çempionu adını qazanıb.

Hücumçu sonuncu - XXVIII turda "Qarabağ"la qarşılaşmada komandaya qələbə qazandıran yeganə qolun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti