"Son turu canla-başla oynayıb, "Neftçi"yə qayıdacam"

19 May 2022 23:40 Neftçi 2 249
"Son turu canla-başla oynayıb, "Neftçi"yə qayıdacam"

"Hazırda bir neçə klubdan təklif almışam".

Bunu Sportinfo.az-a açıqlamasında Fəhmin Muradbəyli deyib.

Hazırda "Şamaxı"da çıxış edən yarımmüdafiəçi müqavilə ilə "Neftçi"yə məxsusdur.

O, qış fasiləsindən bölgə klubuna icarəyə verilib. Mövsümün sona çatmasına isə cəmi 1 tur qalıb.

Muradbəyli belə durumda gələcəyi ilə bağlı bunları deyib: "Hazırda "Şamaxı"nın futbolçusuyam. Sonuncu turda da baş məşqçimiz şans versə, canla-başla oynayıb "Neftçi"yə qayıdacam. Çünki müqavilə ilə "Neftçi"yə məxsusam. Yayda rəhbərliklə söhbətim olacaq. Yalnız ondan sonra gələcəyim barədə qərar verəcəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq