“Neftçi” böyük dəyişikliyin biraddımlığında – SON TAPŞIRIQ VERİLDİ

14 May 2022 22:20 Neftçi 2 553
“Neftçi” böyük dəyişikliyin biraddımlığında – SON TAPŞIRIQ VERİLDİ

SOCAR-ın “Neftçi” ilə əlaqəli yeni planının bəzi məqamları üzə çıxıb.

Sportinfo.az-a daxil olan məlumata görə, paytaxt təmsilçisinin uğursuz mövsüm keçirməsi neft şirkətinin Müşahidə Şurası tərəfindən ciddi narazılıqla qarşılanıb.

SOCAR-ın prezidenti səlahiyyətlərini yerinə yetirən birinci viste-prezident Rövşən Nəcəf də “ağ-qaralar”ı ciddi nəzarətə götürüb.

Müşahidə Şurası şirkətin idarəçilərinə “Neftçi”də aparılmış son audit yoxlamalarının nəticələri barədə hesabat hazırlamağı tapşırıb.

Həmçinin klubda kadr və struktur dəyişikliyi edilməsi üçün təkliflər paketinin işlənilməsi istənilib. Bu məsələlərin mayın sonu, iyunun əvvəlində müzakirəyə çıxarılması qərarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti