"Neftçi" rəhbərliyi azarkeşlərin səbirsizliklə gözlədiyi QƏRARI VERDİ – SON DƏQİQƏ

11 May 2022 09:40 Neftçi 5 277
"Neftçi" rəhbərliyi azarkeşlərin səbirsizliklə gözlədiyi QƏRARI VERDİ – SON DƏQİQƏ

"Neftçi"nin baş məşqçisi Samir Abasovun taleyinə birdəfəlik aydınlıq gəlib.

Paytaxt klubunun rəhbərliyi onunla müqavilənin müddətini uzatmamaq barədə qərar verib.

O, Premyer Liqanın qarşıdakı 2 turundan sonra rəsmən paytaxt təmsilçisinin sükanı arxasından uzaqlaşdırılacaq.

Düzdür, ola bilsin ki, Abasov həmin tarixi gözləmədən iş yerini tərk etsin. Bunun üçün onun istefa ərizəsi yazması yetərlidir.

Klub başbilənlərini bu qərarı verməyin doğruluğuna əmin edən hadisə Qəbələ səfərində yaşanan hadisədir. Belə ki, Abasov ev sahiblərinə 0:1 hesablı məğlubiyyətə görə istefasını istəyən "Neftçi" azarkeşlərini aşağılayıb.

O, istər matçdan sonra "CBC Sport"a verdiyi müsahibədə, istərsə də mətbuat konfransında fanatların ünvanına kəskin ifadələr işlədib.

Təbii, "Neftçi" tərəfdarları da baş məşqçinin təhqiramiz açıqlamalarını cavabsız qoymayıb. Buradan getməsini tələb olaraq irəli sürüb və klub rəhbərliyini də öz mövqeləri ilə tanış eləyiblər.

Mayın 21-də axırıncı - XXVIII tur matçından sonra Müşahidə Şurası toplaşacaq. Burada baş məşqçi ilə bağlı qərar açıqlanacaq. Həmçinin klubun növbəti mövsüm üçün büdcəsi və hədəfləri bəlli olacaq.

Samir Abasov "Neftçi"yə 2020-ci ilin noyabrında baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olub.

"Ağ-qaralar" cari mövsüm 26 turdan sonra 50 xalla ikinci pillədə qərarlaşıb və gümüş medalları təmin edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti