"Neftçi"ni tərk edən legioner "Qarabağ"ı daha üstün saydı

20 Yanvar 2022 02:30 Neftçi 4 087
"Neftçi"ni tərk edən legioner "Qarabağ"ı daha üstün saydı

“Gilyerme Patonu tanımıram. Ona görə də onun haqda bir söz deyə bilməyəcəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Tallison Dias deyib.

“Neftçi”nin sabiq futbolçusu, Braziliyanın aşağı liqa təmsilçisi “Santo Andre”də çıxış edən müdafiəçi “ağ-qaralar”ın çıxışı barədə də danışıb.

“Neftçi”nin “İnternasyonal”dan transfer etmək istədiyi Gilyerme Pato haqda məlumatsız olan Tallison sabiq komandasının Premyer Liqadakı çempionluq şansını dəyərləndirib:

"Neftçi"nin bu mövsüm çempionatdakı çıxışını izləyirəm. Bu mövsüm “Neftçi”nin çempion olması çətin görünür. Çünki hazırda “Qarabağ”la 11 xallıq fərq var və buna görə işləri çətin görünür”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi