“Neftçi”dən başını götürüb qaçıb - - Bir etirafın izi ilə…

14 Yanvar 2022 11:40 Neftçi 1 841
“Neftçi”dən başını götürüb qaçıb - - Bir etirafın izi ilə…

Sabir Buqrinin “Neftçi”dən ayrılması çox təəccüblü oldu.

Eddi İsrafilov kimi keyfiyyətsiz futbolçunu transfer dən bir komanda Sabir kimi səviyyəli legioneri niyə buraxsın ki?

Üstəlik, Belçika vətəndaşı olan yarımmüdafiəçi Avropa yox, Afrika komandası ilə anlaşırsa... Deməli, ortada xeyli müəmmalı suallar var.

Təbii, “Neftçi” rəhbərliyi bu suallara cavab verməyəcək.

Ancaq Sabir Buqrinin yeni klubunda verdiyi ilk açıqlamada cəmisi bir cümlənin “ipindən” yapışıb bu suallara aydınlıq gətirmək olar.

Buqrin belə deyib: “Sözün həqiqi mənasında peşəkar komanda tapdım”.

Bu cümlənin arxasında xeyli fikir yatır. Belə çıxır ki, Sabir Azərbaycanda qeyri-peşəkar komandada oynayırmış.

Heç şübhə olmasın ki, Buqrin Tunisdə Azərbaycanda qazandığından da az məvacib alacaq. Ancaq komandadakı qeyri-peşəkar durum o həddə olub ki, futbolçu Afrikaya üz tutmalı olub.

Yazıq “Neftçi”. Görün bu komanda necə idarə olunur ki, hətta Afrika klubuna da həsəd aparır “Neftçi”ni tərk edən futbolçu,

Buna görə Buqrini qınamalı, onu çörək yediyi qaba tüpürməkdə ittiham etməliyik? Yox, belə olsa, biz Azərbaycan futbolunun problemlərini gizlətmiş, o problemləri yaratmış adamları isə qorumuş oluruq.

Buqrin “Neftçi”dən gileylənməyib, komandadakı qeyri-peşəkar idarəçilikdən, idarəçilərdən narazılıq edib.

Görün “Neftçi”də vəziyyət hansı həddədir ki, Buqrin başını götürüb qaçıb “Neftçi”dən. Təkcə Buqrinmi başını götürüb qaçır?

Yox ey, futbol özü də başını götürüb qaçır bunların əlindən Azərbaycandan. Yazıq futbol.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti