“Neftçi”nin istedadlı yetirməsi Türkiyənin hansı klublarının diqqətini çəkib?

6 Dekabr 2021 21:00 Neftçi 2 544
“Neftçi”nin istedadlı yetirməsi Türkiyənin hansı klublarının diqqətini çəkib?

Gənclər yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Vüsal Əsgərov Türkiyədən 3 klubun gündəmində yer alıb,

Bunlar Super Liqa və TFF I Liqa təmsilçiləridir.

“Kasımpaşa” və “Giresunspor”la yanaşı, “Manisa” 20 yaşlı istedadlı oyunçu ilə yaxından maraqlanır.

Demə, qardaş ölkə təmsilçiləri sentyabrdan bu tərəfə “ağ-qaralar”ın yetirməsini diqqət mərkəzində saxlayır.

“Giresunspor”un menecerlərindən biri bu məqsədlə Azərbaycana 2 dəfə səfər edib və “Neftçi” ilə U-21 yığmasının oyunlarını stadiondan izləyib.

Vüsal cari sezon “Neftçi”də 1 dəfə fərqlənib. O, Premyer Liqanın 12-ci turunda “Səbail”lə keçirilən qarşılaşmada komandasına qələbə gətirən yeganə qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat