"Neftçi"nin bir transferdən qazandığı pul - FANTASTİK!

3 Dekabr 2021 09:20 Neftçi 2 123
"Neftçi"nin bir transferdən qazandığı pul - FANTASTİK!

"Neftçi"nin Mamadu Kanenin "Olimpiakos"a transferindən qazandığı məbləğ məlum olub.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" bu keçiddən 680 min avro gəlir əldə edib.

Bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev "CBC Sport" kanalında qatıldığı proqramda məlumat verib.

"Neftçi" 24 yaşlı yarımmüdafiəçinin növbəti transferindən də müəyyən qədər faiz əldə edəcək.

Mamadu Kane yayda "Olimpiakos"a transfer olub. Qvineyalı cari mövsümün sonunadək icarə əsasında "Neftçi"də çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti