“Neftçi”də ŞOK üstünə ŞOK: Əsas heyətin 4 futbolçusu...

30 Noyabr 2021 20:00 Neftçi 2 427
“Neftçi”də ŞOK üstünə ŞOK: Əsas heyətin 4 futbolçusu...

“Neftçi”nin başı dərddədir.

“Ağ-qaralar” zədəli və cəzalı futbolçuların çoxluğundan əziyyət çəkir.

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Səbail”lə qarşılaşmasında Mert Çelik mövsümdə dördüncü sarı vərəqənı alaraq cəzalı duruma düşdü. “Sumqayıt”a qarşı oynamayacağı dəqiqdir.

Eyni sözlər Aqil Məmmədovla Mamadu Mboca da aiddir. Təcrübəli qapıçı “Sabah”la qarşılaşmada dizindən xəsarət almışdı.

O gündən bu yana bazaya gəlib-gedən qapıçı müalicəsini davam etdirir. Hətta fərdi məşqlərə başlamayıb.

Mamadu Mboc isə “Səbail”lə oyunda barmağının sınmasına üzüldü. Barmağına gips qoyulan müdafiəçi kollektiv çalışmalara qatılmır.

Barmağı sağalana qədər fərdi məşq edəcək Mbocun da “Sumqayıt”la görüşdə forma geyinməyəcəyi dəqiqləşib.

Noyabrın 6-da “Keşlə” ilə çempionat oyununda zədələnən Tyaqo Bezerra da hələ ki, fərdi məşqlə yadda qalmaqdadır. Lakin durumu yaxşılığa doğru dəyişməkdədir.

Braziliyalı forvardın sabahdan kollektiv çalışmalarda iştirak edəcəyi gözlənilsə də, “Sumqayıt”la dueldə əsas heyətdə görünməyəcək. Samir Abasov gərək duysa, Bezerranı oyunun gedişində mübarizəyə ata bilər.

Futbolçuların son durumu ilə bağlı məlumatı Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib.

“Neftçi” – “Sumqayıt” görüşü dekabrın 5-i, saat 16.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"