Azərbaycan komandası dünya çempionatında mübarizə aparacaq

08:30 Şahmat 102
Azərbaycan komandası dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın "Odlar yurdu" komandası Honq Konqda şahmatın rapid və blits növü üzrə dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.

Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcək.

R.Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini olacaq.

İyunun 17-22-də təşkil olunacaq yarışın qaydalarına əsasən, heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu