Tonalini transfer etmək planından imtina etdi - “Mançester Yunayted”

16 İyun 00:00 İngiltərə 403
Tonalini transfer etmək planından imtina etdi - “Mançester Yunayted”

“Mançester Yunayted” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək planından imtina edib.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçunun transfer qiymətini yüksək hesab etdikləri üçün onunla bağlı danışıqları dayandırıblar.

Tonali ilə yanaşı, “Nyukasl”ın müdafiəçisi Levis Halın da transferi “Mançester Yunayted”ə ümumilikdə 140–150 milyon avroya başa gələ bilərdi.

Buna baxmayaraq, klub italiyalı yarımmüdafiəçidən fərqli olaraq, Halı hələ də transfer siyahısında saxlayır.

Tonali ötən mövsüm “sağsağanlar”ın heyətində 53 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!