“Neftçi”nin legioneri: “Bir şey deyim, bu gün gördüyünüz mən əsl mən deyiləm”

11 İyun 23:40 Neftçi 198
“Neftçi”nin legioneri: “Bir şey deyim, bu gün gördüyünüz mən əsl mən deyiləm”

“Azərbaycana ilk dəfə gələndə ölkə, mühit, komanda, çempionat -

hamısı mənə yad idi. Uyğunlaşmaq üçün vaxta ehtiyac duyurdum”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Freddi Varqas deyib.

Bacarığına bələd olduğumuz əsl Varqası qış fasiləsindən sonra görməyə başladıq. Venesuellalı legioner o vaxta qədər haradaydı?

Özünü dinləyək:

“Oynadıqca, kollektivlə daha çox məşq etdikcə özümü rahat hiss etməyə başladım. Futbolçu yoldaşlarıma öyrəşdim, rəqiblərin oyun üslubunu mənimsədim.

Bir şey deyim, bu gün gördüyünüz Freddi əsl Freddi deyil. Əsl Freddini hələ görəcəksiz”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!