Adı "Neftçi" ilə çəkilən braziliyalı 7 min dolları rədd etdi, Avropanın yolunu tutdu

16:05 Neftçi 404
Adı "Neftçi" ilə çəkilən braziliyalı 7 min dolları rədd etdi, Avropanın yolunu tutdu

"Şamaxı"dan ayrılan Sezar Enrike karyerasını Bolqarıstanda davam etdirəcək.

Braziliya müdafiəçi bölgə klubunun 5 min dollarlıq yeni müqavilə təklifindən imtina etmişdi.

"Şəfa" Sezara daha yüksək maaş təklif edibmiş - 7 min dollar.

Hətta arxa xətt oyunçusunun adı "Neftçi" ilə belə hallanırdı.

25 yaşlı futbolçuya Avropadan gələn təklif daha cəlbedici olub - İlinə 120 min dollar.

Bolqarıstan yüksək liqasının iki klubu onun xidmətində maraqlıdır.

Sezor son seçimini yaxın günlərdə edəcək.

Bir sözlə, onun ölkəmizdə qalmayacağı dəqiqləşib.

Sezar Enrike ötən yay "Şamaxı"ya Braziliyanın "Caxias" klubundan transfer olunmuşdu.

O, arxada qalan mövsüm meydana çıxdığı 33 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN /SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti