"Qarabağ"ın Avroliqada rəqibi - Bu 6 komanda arasındadır

16 İyun 13:20 Qarabağ 1 065
"Qarabağ"ın Avroliqada rəqibi - Bu 6 komanda arasındadır

Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo/az xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), və "Vestri" (İslandiya) komandaları yer alıb.

Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!