İki azərbaycanlı Dünya kubokuna qələbə ilə başladı

16 İyun 02:40 Boks 220
İki azərbaycanlı Dünya kubokuna qələbə ilə başladı

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokuna start verilib. Reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Sportinfo.az xəbər verir ki, 50 kq-da Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Azərbaycan millisi Dünya kubokuna 8 boksçusu ilə yollanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!