Saatlar qaldı... Bu gün ŞOK XƏBƏR eşidəcəyik!

18:00 Gündəm 501
Saatlar qaldı... Bu gün ŞOK XƏBƏR eşidəcəyik!

Bu gün iki həftədir cavabını gözlədiyimiz suala aydınlıq gələcək.

İdman Arbitraj Məhkəməsi (CAS) yaxın saatlarda “Turan Tovuz”un şikayət məktubunu cavablandıracaq.

Bu gün sonuncu gündür. Çünki sabah Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək ki, sözügedən turnirdə ölkəmizi “Neftçi” ilə yanaşı, “Turan Tovuz”un, yoxsa “Zirə”nin təmsil edəcəyinə aydınlıq gəlməlidir.

2019-cu ildə “Turan Tovuz”un 7 futbolçu danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılıb.

Klub isə UEFA-nın sanksiyasına məruz qalıb. Avropanın bir nömrəli futbol qurumu bölgə təmsilçisinə yaxın 10 ildə azı bir avrokubok mövsümündən kənarlaşdırılmasına dair qərar qəbul edib.

“Turan Tovuz”un yeni rəhbərliyi məsələdən xəbərsız olub. Başbilənlər bu barədə xəbərsiz olduqlarını və əllərində heç bir rəsmi bildiriş sənədi olmadığını iddia edərək CAS-a müraciət edib.

Məhkəmənin UEFA-nın sanksiyasını qüvvədə saxlayacağı böyük ölçüdə məlumdur.

“Turan Tovuz”un xeyrinə qərar çıxarılması ehtimalı az da olsa var.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti