«Kəpəz»in baş məşqçi postuna keçmək istəyən Arif Əsədovun köməkçilərinin kimliyi bilinib.
O, son ilyarımda «Şəfa»da çalışmış korpusa güvənib.
Elgiz Kərəmli başda olmaqla. Paytaxt təmsilçisini I Liqanın çempionu etmiş məşqçi heyəti Əsədovun qafiləsində yer alıb. Zamir Həsənov, Toğrul Bilallı və Şahin Məmmədov onunla birgə «Kəpəz»ə yollanmağa hazırdır.
Hələlik bu təyinat hələ açıq qalıb: bilinmir ki, Arif Əsədov Nizami yurdunun yolunu tutacaq, ya yox. Klub rəhbərliyi ilə danışıqları tam yekunlaşmayıb.
Bəzi məsələlər var ki, onlar həll olunmalıdır. Burada Əsədovun tələbləri əsasdır.
Şərtləri yerinə yetirilsə, bu, onun Əsədovun 11 illik fasilədən sonra Premyer Liqaya dönüşünü rəsmiləşdirəcək.
Sabiq müdafiəçi iki fərqli dönəmdə “Neftçi”ni (2010-2011, 2014-2015), 2017-2018 mövsümündə isə “Sabah”ı çalışdırıb.
Debüt ilində əvəzedici komandadan gəlib təhvil aldığı “Neftçi”ni çempion etməyi bacarmışdı. Daha sonra I Divizionda “Sabah”ın ilk baş məşqçisi olan mütəxəssis 2020-ci ildən 2024-cü ilə qədər əsas millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
Vaxtilə U-19 yığmasına da rəhbərlik edən Əsədov iki il əvvəl A millinin “sükanı arxasında” müvəqqəti əvəzedici kimi 4 matç keçirib.
Yığmamız həmin qarşılaşmaların 2-də (Qazaxıstan – 3:2, Monqolustan – 1:0) qələbə qazanıb, 1 dəfə (Bolqarıstan – 1:1) heç-heçə edib, 1 dəfə isə (Albaniya – 1:3) məğlub olub.
SPORTİNFO.AZ

