Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” səpələnməmişlər sırasında yer alıb.
Valdas Dambrauskasın komandasının rəqibi Uelsdən TNS olub.
Birinci təsnifat mərhələsinin oyunları 7-8 iyul və 14-15 iyul tarixlərində oynanılacaq.

