“Zirə”ni Konfrans Liqasında gözləyənlər - GENİŞ SİYAHI

16 İyun 11:20 Zirə 740
“Zirə”ni Konfrans Liqasında gözləyənlər - GENİŞ SİYAHI

"Zirə"nin Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belədir:

"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).

Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama