“Mən “Neftçi” akademiyasında yetişmişəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millinin müdafiəçisi Rüfət Abbasov deyib.
"Neftçi" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib. Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb.
21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.
“Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib.
Son iki mövsümdə “Şamaxı”nın formasını geyinmiş Rüfət U-2-də 17 matçda meydana çıxıb və əsas milliyə dəvət olunub:
“Neftçi” ölkəmizin böyük klubudur. Bura dönmək mənim üçün də çox xoşdur.
Karyeramda növbəti addımdır. Təklif gələndə çox sevincli və qürurlu idim.
Bu təklifi qəbul etmək lazım idi. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, “Neftçi”yə layiq olum”.

