“Pari NN”in (Rusiya) sabiq baş məşqçisi Aleksey Şpilevski maraqlı açıqlama ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, belaruslu mütəxəssis ötən ilin yayında komandasına İmad Farajı istədiyini etiraf edib.
Lakin Şpilevski həmin vaxt Kiprin AEL klubunda çıxış edən Mərakeş əsilli vingerin “Neftçi”ni seçdiyini söyləyib:
“Pari NN”yə gələndə 3 futbolçunun transferini tələb etsəm də, heç biri baş tutmamışdı. Onlardan biri də İmad Farac idi.
Tərəflər transferə çox yaxın olsalar da, müqavilənin bəzi şərtlərinə görə razılıq baş tutmamışdı. Futbolçu da sonda “Neftçi”ni seçdi. Halbuki İmad çox keyfiyyətli cinah oyunçusu idi”.
İmad Farajın “Neftçi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

