İtaliya klubu millimizin hücumçusunu toplanışa aparacaq

20:40 Milli komanda 315
İtaliya klubu millimizin hücumçusunu toplanışa aparacaq

U-21 millimizin üzvü Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasına dəvət alıb.

Düzdü, hücumçu daha əvvəl də əsas heyətlə məşqlərə çıxıb.

Amma ilk dəfə 18 yaşlı gənc təlim-məşq toplanışına aparılacaq.

İtaliya təmsilçisi yeni mövsümün hazırlıqlarına Lorenzonu da cəlb edib.

"Neftçi"nin yetirməsi özünü yaxşı tərəfdən göstərə bilsə, yeni mövsüm onu B seriyasında izləyə bilərik.

Forvard ilk dəfə U-21 yığmasının son toplanışına dəvət alıb.

O, Bəhreyn üzərində qələbə qazandığımız matçda (3:0) qol hesabını açmağı da bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti