Fərid Qayıbov ilə Franklin Kardiyo arasında onlayn formatda görüş keçirildi

16 İyun 03:00 Hadisə 187
Fərid Qayıbov ilə Franklin Kardiyo arasında onlayn formatda görüş keçirildi

Gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuelanın idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında idman əlaqələrinin genişləndirilməsi, yüksək nəticəli idman sahəsində təcrübə mübadiləsi, 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları və idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə olunub.

Həmçinin idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində potensial birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Venesuelanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kristofer Martinez Berroteran da iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!