Bir il əvvəl lazım deyildi, indi "Neftçi"dən milyon tələb olunur

10 İyun 19:00 Neftçi 4 185
Bir il əvvəl lazım deyildi, indi "Neftçi"dən milyon tələb olunur

"Neftçi"də Freddi Varqas müəmması davam edir.

"Ağ qaralar" müqavilə ilə "Makkabi"yə məxsus olan venesuelalı legionerin qalmasını israrla istəyir.

Bundan məlumatlı olan İsrail klubu yaxşı qazanc əldə etmək fikrinə düşüb.

Əbəs deyil ki, ötən ilin yayında xidmətində maraqlı olmadıqları Varqasdan bu gün milyonlar qazanmaq istəyirlər.

Halbuki mövsümün gedişində tərəflər arasındakı ilkin danışıqda maksimum 400-500 min manat təzminat haqqı nəzərdə tutulub.

İndi isə qarşı tərəf "Neftçi"dən 1-1.5 milyon manat arasında təzminat tələb edir.

Bu da Bakı klubunu ciddi-ciddi düşündürür.

Axı Varqasın təkcə təzminatına milyondan artıq xərcləməyə dəyərmi?

Şəxsən mənə görə də riskli qərardır.

"Neftçi" rəhbərliyinə haqq verməmək olmur.

Ən azı bir müddət danışıqları uzatmaq, alternativlərə göz atmaq lazımdır.

Bazarda milyon xərcləmədən də yeni varqaslar tapmaq olar.

"Makkabi" endirim etməsə, bakılılar ən son variant olaraq bu futbolçuya dönüş etməyi düşünür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO