“Kəpəz” daha iki futbolçu ilə ümumi razılığa gəlib.
Hər ikisi ötən mövsüm I Liqada çempionluq sevinci yaşamış oyunçulardır.
Paytaxt təmsilçisinin aparıcı simalarından olmuş Emin Zamanovla Vüqar Həsənov növbəti mövsümü “Kəpəz”ın heyətində keçirəcək.
Hər iki futbolçuya başqa klublardan təkliflər olsa da, onlar Gəncə təmsilçisinə üstünlük verib.
Buna səbəb “Şəfa”nın keçmiş baş məşqçisi Elgiz Kərəmlinin fəaliyyətini “Kəpəz”də davam etdirməsidir.
Zamanovla Həsənov I Liqada çempionuğu məhz Kərəmlinin baş məşqçiliyi altında bayram edib.
Elgiz bəy bundan sonra “Kəpəz”də baş məşqçi Arif Əsədovun köməkçisi funksiyasını yerinə yetirəcək.
Nizami yurdunun komandası yaxın günlərdə təyinatları rəsmən bəyan edəcək.
HƏBİB / SPORTİNFO.AZ

