Premyer Liqanın yeni iştirakçısı olan «Şəfa» Elnur Cəfərovla müqaviləni uzadıb.
«Xəzər Lənkəran»ın yetirməsi 2027-ci ilin yayınadək paytaxt təmsilçisinin formasını geyinəcək.
Birillik kontrakt müddətində o, hər ay 5000 manat maaş alacaq.
Bu, Zaur Həşimovun ona jestidir. Təzəlikcə sükan arxasına keçən mütəxəssis I Liqada mübarizə aparmış heyətdən bir neçə nəfəri düşərgxədə saxlayıb, adıçəkilən yarımmüdafiəçi də həmin siyahıdadır.
Yeni baş məşqçi buna qədər 3000 manat əməkhaqqı almış lənkəranlı oyunçunun komandanın çempionluqda xidmətini nəzərə alıb.
Vaxtilə «Neftçi»nin də formasını geyinmiş Elnur Cəfərovla yanaşı, köhnə heyətdən Tərlan Quliyev anlaşmanı yeniləyib.
Həmçinin Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah") və Murad Musayev ("Qəbələ") kollektivə qoşulub.
Gedənlərin siyahısı dahv uzundur: Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov
SPORTİNFO.AZ

