"Zenit"in yetirməsi Azərbaycan klubu ilə anlaşdı

16 İyun 17:40 Premyerliqa 2 950
"Zenit"in yetirməsi Azərbaycan klubu ilə anlaşdı

"Şəfa" yeni mövsümə hazırlıqlarını sürətlə davam etdirir.

Klubdan ayrılanlarla bərabər, çempion heyətdən qalacaq oyunçuların adları da tədricən bilinməkdədir.

Yeni baş məşqçi Zaur Həşimov çempion heyətdən Nahid Əliyevin də qalmasına qərar verib.

Təcrübəli mütəxəssis Premyer Liqada onun xidmətindən istifadə etməyi düşünür.

Gənclər millimizin üzvünün xidmətində başqa elita təmsilçiləri də maraqlı idi.

Amma 21 yaşlı futbolçu "Şəfa"da qalmağa qərar verib.

Əliyev futbolun sirlərini Rusiyada öyrənib. O, "Zenit"in aşağı yaş qruplarından oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!