İki müdafiəçinin transferini nəzərdən keçirir - Paytaxt təmsilçisi

16 İyun 00:20 İspaniya 476
İki müdafiəçinin transferini nəzərdən keçirir - Paytaxt təmsilçisi

“Atletiko” sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu hazırda “Çelsi”nin futbolçusu Mark Kukurella və “Bayer”in oyunçusu Alexandro Qrimaldonun transferi üzərində işləyir.

Kukurella “Atletiko”nun əsas hədəfi hesab olunur. Lakin onun transferi çətin görünür. “Çelsi” futbolçu üçün yüksək məbləğ tələb edir və oyunçunun maaş istəyi də kifayət qədər böyükdür.

Qrimaldo isə daha real variant sayılır. 30 yaşlı müdafiəçinin İspaniyaya qayıtmaq istədiyi bildirilir. Bundan əlavə, onun “Bayer”lə müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq.

“Transfermarkt”ın qiymətləndirməsinə əsasən, Kukurellanın bazar dəyəri 50 milyon, Qrimaldonun isə 20 milyon avrodur. Hər iki futbolçu İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətində yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!