“Neftçi”ni öz yerinə qaytarmaq üçün çıxış yolları tapmaq lazımdır“

14 İyun 23:45 Neftçi 121
“Neftçi”ni öz yerinə qaytarmaq üçün çıxış yolları tapmaq lazımdır“

“Neftçi”nin ümumi vəziyyətindən xəbərdaram“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq vingeri Julis Vobay deyib.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan 42 yaşlı Vobay hazırda vətəni Syerra-Leonenin yüksək dəstəsində mübarizə aparan “Vilberfors Straykers”in əsas komandasında köməkşi-məşq kimi fəaliyyət göstərir.

“Neftçi” ilə Azərbaycan çempionu və ölkə kubokunu qazanan, “Xəzər Lənkəran”ın heyətində Azərbaycan kubokunun sahibi olan Vobay bunları söyləyib:

“Klubun daxilində nələrin yaşandığını deyə bilmərəm. Yalnız onu bilirəm ki, “Neftçi”nin yeri zirvədir, hamıdan öndə olmalıdır.

Vaxtilə “Neftçi”ni haqq etdiyi və layiq olduğu yerlərə qaldırmışdıq. İndi həmin yerdən çox uzaqdadır. “Neftçi”ni öz yerinə qaytarmaq üçün çalışmaq, çıxış yolları tapmaq lazımdır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!