“Neftçi” ilə söhbəti alınmadı, onlarla 2 illik müqaviləyə imza atdı

15 İyun 14:40 Zirə 3 668
“Neftçi” ilə söhbəti alınmadı, onlarla 2 illik müqaviləyə imza atdı

Son günlərə kimi «Neftçi» ilə danışıqlar aparan Qismət Alıyev seçimini edib.

«Ağ-qaralar»dan illik 200 min manat maaş istəyən və danışıqları bu üzdən alınmayan müdafiəçi yekunda «Zirə»də qalmağa üstünlük verib.

O, qəsəbə təmsilçisi ilə 2 illik yeni müqavilə imzalayıb.

Qismət «Qəbələ»nin yetirməsidir.

2015-2020-ci illər aralığında qırmızı-qara formanı geyinib, 70 oyun keçirib. Həmin tarixdən sonra «qartallar»la anlaşıb, 13 qola imza atıb.

Premyer Liqada mövsümü beşinci pillədə başa vuran «Zirə» ötən günlərdə Eren Aydınla, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə kontraktı təzələyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!