“Zirə” işini bərk tutdu, Rəşad Sadıqov tapşırıq verdi

19:00 Zirə 523
“Zirə” işini bərk tutdu, Rəşad Sadıqov tapşırıq verdi

“Turan Tovuz”un avrokubok sanksiyası ilə üzləşməsi “Zirə” rəsmilərini hərəkətə gətirib.

UEFA-nın çıxardığı qərarı İdman Arbitraj Məhkəməsi (CAS) ləğv etməyəcəyi halda, Konfrans Liqasında “Turan Tovuz”u “Zirə” əvəzləyəcək.

Vəziyyətin bu cür olması zirəliləri ehtiyatlı və tələsik davranmağa məcbur edib.

Odur ki, baş məşqçi Rəşad Sadıqov klubla müqaviləsi olan futbolçulara təcili Bakıya gəlməyi tapşırıb. Rəsmilər isə əcnəbi futbolçuların biletlərinin alınmasına zaman sərf edib.

CAS-ın bu gün verəcəyi qərar “Turan Tovuz”un əlyhinə olsa, “Zirə” sabahdan toplanışa başlayacaq.

Vaxt olduqca azdır. Konfrans Liqasının 1-ci mərhələsinin ilk oyunu iyulun 9-da reallaşacaq.

“Zirə” tovuzluları əvəzləyəcəyi halda, hazırlaşmaq üçün cəmi üç həftə vaxt olacaq.

Maraq üçün bildirək ki, “qartallar” 7 futbolçu ilə yollarını ayırıb.

Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev komandanı tərk edib.

Bu günə kimi yalnız bir futbolçu – Amin Seydiyevlə “Zirə”yə cəlb olunub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti