“Barselona”nın müdafiəçisi Pau Kubarsi, komandanın yeni transferi Entoni Qordon barədə fikirlərini bildirib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, ingilis oyunçu haqda bunu deyib:
“O, çox yaxşıdır. Son mövsümdə ona qarşı oynadığımız üçün onu çox izlədim və yaxından öyrəndim. O, boşluqdan yaxşı istifadə edən çoxyönlü hücumçudur”.
Qordon bu yay 80 milyon avroya “Nyukasl”dan “Barselona”ya transfer olunub. O, 2025/26 mövsümündə bütün turnirlərdə 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

