Ən yaxşı təklifi “Neftçi”dən aldı - 150 min maaş, 1 illik kontrakt

10:40 Neftçi 580
Ən yaxşı təklifi “Neftçi”dən aldı - 150 min maaş, 1 illik kontrakt

İlyarım öncə «Sabah»dan «Neftçi»yə gəlmiş Elvin Camalov 3 seçim qarşısındadır.

«Ağ-qaralar»la yanaşı, «Şəfa» və «Araz-Naxçıvan» dayaq yarımmüdafiəçisinə təklif göndərib.

Böyük ehtimalla, o, hazırkı klubunda qalacaq. Çünki ən ən yaxşı maliyyə şərtlərini ona elə «Neftçi» irəli sürüb - 15 min manat aylıq maaş.

Sadəcə, paytaxt təmsilçisi «Qəbələ»nin yetirməsinə 1 illik müqavilə imzalamağı təklif edib. Camalovun fikrindən keçən müddət isə 2 ildir.

Yuri Vernidub yerli oyunçunun düşərgədə qalmasına tərəfdardır. Baş məşqçi Elvinə ehtiyat qüvvə gözüylə baxır. Ukraynalı mütəxəssis bu fikrini rəsmilər vasitəsilə millimizin sabiq üzvünə çatdırıb.

Onsuz da, Camalov ötən mövsümdə əsas heyətdə yerini itirib. Vernidub yalnız çempionatın son həftələrində adıçəkilən yarımmüdafiəçiyə ilk «onbirlik»də şans tanıyıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu