Yeni mövsümün hazırlıqlarına start verən «Neftçi» iyunun üçüncü yarısında ölkəni tərk edəcək.
«Ağ-qaralar» Sloveniyada təlim-məşq toplanışı keçəcək.
Konfrans Liqasında iştirak edəcək paytaxt təmsilçisi Balkan yarımadasına gəncləri də aparacaq. Bu, Yuri Vernidubun istəyidir.
Baş məşqçi əvəzedici heyətdə forma geyinən 3-4 cavanı da toplanış müddətində sınaqdan keçirməyi planlaşdırıb. Ukraynalı mütəxəssis müdafiə və yarımmüdafiə xəttində çıxış edən oyunçulara şans vermək fikrindədir.
Təcrübəli çalışdırıcı həmin adların tezliklə ona təqdim olunmasını tapşırıb. Vernidub klub idarəçiləri ilə görüşündə bildirib ki, əsas komandanın qapılarını artıq gənclərin üzünə daha gniş açmaq fikrindədir.
İndiyədək bir neçə dəfə «dubl»un oyunlarını tribunadan izlədiyini söyləyən mütəxəssis deyib ki, burada perspektiv vəd edənlər çoxdur.
SPORTİNFO.AZ

