"Neftçi" rəhbərlyi ilə Bassala Sambu arasında həftələrdir davam edən danışıqlar nəticəsiz qalıb.
İngiltərəli hücumçunu yeni müqavilə şərtlərində razı salmaq mümkün olmayıb.
O. kontraktını 2 illik uzatmaqdan ötrü maliyyə şərtlərində nisbətən güzəştə gedib, ondan gözləniləni etməyib.
Belə ki, britaniyalı hücumçu illik maaş tələbini 500 min dollardan 400 sinə salıb və bu rəqəmin üzərində dayanıb. Odur ki, «ağ-qaralar» Sambuya «özünə başqa axtara bilərsən» deyib.
İşdir, o, daşı ətəyindən tökər və burada qalarsa, daha əsas heyət oyunçusu olmayacaq.
Premyer Liqanın son mövsümündə 11 qol vuran böyük britaniyalıya bildirilib ki, bu, Yuri Vernidubun qərarıdır.
Baş məşqçi komandaya 2 yeni forvard cəlb etməyi planlaşdırdığından, Sambunu ilk "11-lik"də görmür. Bu da o deməkdir ki, ön xətt oyunçusu seçim etməlidir - ya mövcud vəziyyətlə barışırsan, ya da çıxıb gedirsən.
Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub. 28 yaşlı forvardla bağlanmış 1,5 illik müqavilə iyunun sonunda başa çatacaq.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
Afrika kökənli qolçu bu mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.
SPORTİNFO.AZ

