Avropa çempionatında növbəti uğura imza atdı - FOTO

16 İyun 02:50 Digər növlər 209
Avropa çempionatında növbəti uğura imza atdı - FOTO

Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, “Masters” kateqoriyasında (35–39 yaş) çıxış edən idmançımız birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır.

Kanoeçimiz iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!