Murad Musayevin əsas komandada keçirdiyi 14 illik “Qəbələ” karyerası başa çatdı.
“Qırmızı-qaralar”ın heyətində 2012/13 mövsümündə debüt edən 32 yaşlı mərkəz müdafiəçi bu müddətdə meydana çıxdığı 173 qarşılaşmada rəqib qapılarından 4 top keçirməyi bacarmışdı.
Bölgə təmsilçisi ilə maliyyə şərtlərində razılaşa bilməyən kapitan karyerasını paytaxt təmsilçisində davam etdirəcək.
Musayevin Premyer Liqaya yeni vəsiqə qazanan klubla apardığı danışıqlar müsbət yekunlaşıb. Tərəflər əl sıxaraq müqaviləyə imza atıb.
Murad “Şəfa”da oynadığı müddətdə aylıq 6500 manat maaş alacaq.
Bu, “Qəbələ”də aldığı aylıq məvacibdən 500 manat artıqdır.
Başqa cür desək, bölgədə 6000 manata oynayırdısa, Bakıda 6500 qazanacaq.
Baş məşqçi postunda Elgiz Kərəmlini Zaur Həşimovla əvəzləyən debütant hələ ki, Rauf Hüseynli, Arsen Agcabəyov və Nicat Mehbalıyevin keçidini həll edib.
HƏBİB / SPORTİNFO.AZ

