“Şəfa”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Klub rəhbərliyi Ramin Nəsirliyə 1 illik müqavilə təklif edib.
Komandanın ötən mövsüm I Liqada çempionluğu bayram etməsində payı olan 23 yaşlı yarımmüdafiəçi karryerasını “Şəfa”da davam etdirməyə isti yanaşıb.
“Neftçi”nin yetirməsi kimi tanınan və Premyer Liqada debüt matçına ağ-qara formada çıxan Nəsirli I Liqanın bir neçə klubunun, həmçinin “Araz-Naxçıcan”ın diqqət mərkəzində olsa da, o, çempion olan kollektivdə qalmağı üstün tutub.
Paytaxt təmsilçisi çempion heyətin bir neçə üzvü ilə müqavilənin müddətini uzatsa da, yalnız kapitan Tərlan Quliyevlə sözləşmənin yenilənməsini rəsmi şəkildə bəyan edib.
HƏBİB / SPORTİNFO.AZ

