Bu gün DÇ-2026-da növbəti oyunlar keçiriləcək.
Sportinfo.az xəbər verir ki, H qrupunun ilk matçında İspaniya Kabo-Verde ilə qarşılaşacaq.
Qrupun digər oyununda isə Uruqvay və Səudiyyə Ərəbistanı milliləri üz-üzə gələcək.
Gecənin digər oyununda Belçika millisi Misiri sınağa çəkəcək. G qrupundakı digər matçda İran yığması Yeni Zellandiya ilə qarşılaşacaq.
H qrupu
20:00. İspaniya – Kabo-Verde
Baş hakim: Adham Mahadme (İordaniya)
G qrupu
23:00. Belçika – Misir
Baş hakim: Ramon Abatti (Braziliya)
16 iyun
02:00 Səudiyyə Ərəbistanı – Uruqvay
Baş hakim: Mauristio Mariani (İtaliya)
05:00 İran – Yeni Zelandiya
Baş hakim: Sezar Ramos (Meksika)

