Bakıda uşağın başı stadionun dəmirləri arasında qaldı, köməyə kimlər gəldi? - VİDEO

16 İyun 02:00 Hadisə 636
Bakıda uşağın başı stadionun dəmirləri arasında qaldı, köməyə kimlər gəldi? - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Sportinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!