«Kəpəz» baş məşqçi postuna axtarışları dayandırmayıb.
Düzdür, Arif Əsədovla görüşüb danışıblar, amma…
Klub rəhbərliyi onunla bütün məsələlərdə ortaq məxrəcə gəlsəydi, yəqin ki, təyinat açıqlanardı. Hələlik isə onlar müxtəlif variantları nəzərdən keçirməkdədirlər.
Gəncə təmsilçisindən aldığımız məlumata görə, yönətim bu gün Sənan Qurbanovla Bakıda bir araya gəlib.
Toplantı 1 saatdan çox çəkib. Tərəflər birillik müqavilə ətrafında fikir mübadiləsi aparıb, mümkün əməkdaşlığın şərtlərini müzakirə ediblər.
Hazırda «Neftçi»nin futbol akademiyasının koordinatoru vəzifəsini tutan S.Qurbanov təklifə yerində nə «hə» deyib, nə də «yox».
O, qəti qərar vermək üçün rəsmilərdən zaman alıb. Yaxın günlərdə fikrini bildirəcək.
Qurbanov indiyədək Premyer Liqada iki klubu çalışdırıb. «Qəbələ» və «Keşlə»yə ölkə kubokunu qazandırıb.
SPORTİNFO.AZ

