FİFA prezidenti İran millisinin paltardəyişmə otağına niyə getdi?

18:20 Dünya futbolu 121
FİFA prezidenti İran millisinin paltardəyişmə otağına niyə getdi?

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə oyundan sonra İran millisinin paltardəyişmə otağını ziyarət edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra (2:2) iranlı futbolçulara müraciət edən İnfantino, komandanın çıxışını yüksək qiymətləndirib:

“Bu, asan oyun deyildi. Bir az şansınız gətirsəydi, qalib gələrdiz. Mən sizin nələrdən keçdiyinizi anlayıram.

Bu gün stadionu birləşdirməyi bacardız. Sizə böyük təşəkkür edirəm. Baş məşqçiniz etiraz etməzsə, növbəti matçda komandanızın heyətində hücumda oynamağa hazıram”.

İran millisi dünya çempionatında növbəti oyununu iyunun 21-də, Belçika yığmasına qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti