Özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxan kimdir?

01:30 Almaniya 104
Özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxan kimdir?

Almaniya komandasının qapıçısı Manuel Noyer DÇ-2026-da dünya çempionatları tarixinə düşən nadir və tarixi bir ilkə imza atıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli qolkiper turnirdə özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxıb.

Mundiallar tarixində belə bir hadisə son 72 ildə ilk dəfədir reallaşır.

DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kürasao seçməsinə qarşı keçirilən və Bundestimin 7:1 hesablı darmadağını ilə başa çatan oyunda Almaniyanın qapısını 40 yaşlı Manuel Noyer (1986-cı il təvəllüdlü) qoruyub.

Komandanın baş məşqçisi Yulian Nagelsmann isə 1987-ci il təvəllüdlüdür və o, öz qapıçısından bir yaş kiçikdir.

Məlumata görə, dünya çempionatlarında futbolçunun öz məşqçisindən yaşca böyük olduğu analoji hadisə sonuncu dəfə 1954-cü ildə qeydə alınıb.

Həmin vaxt Çexoslovakiya – Uruqvay matçında çexoslovakiyalıların məşqçisi Yaroslav Ceyp (1924 təvəllüdlü) özündən böyük olan Karel Reymanı (1921 təvəllüdlü) meydana buraxmışdı.

Noyer Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub. 40 yaşlı qapıçı ümumilikdə milli komandada 125 oyun keçirib və hazırda transfer dəyəri 4 milyon avro qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu