“Neftçi”də Emin Mahmudov problemi - O, yeni müqaviləni niyə imzalamır?

13:00 Neftçi 471
“Neftçi”də Emin Mahmudov problemi - O, yeni müqaviləni niyə imzalamır?

«Neftçi»də Emin Mahmudovla bağlı vəziyyət yenidən dəyişib.

Əməlli qeyri-müəyyənlik yaranıb.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi son anda «taym-out» götürüb. O, klub tərəfindən irəli sürülən şərtləri təkrar gözdən keçirmək üçün əlavə vaxta ehtiyac duyub.

Kapitan ötən illərlə müqayisədə maaşının bu qədər azaldılması ilə barışa bilmir. Buna qədər məvacibi 65 min dollar təşkil edən Mahmudov indi yeni sənədi imzalamağa tərəddüd hissi keçirir.

Onu karıxdıran digər amil müqavilənin müddətidir. Belə ki, paytaxt təmsilçisi ən satajlı oyunçusu ilə 1 illik kontrakt bağlamaq niyyətindədir.

Səbəbkarın ağlından keçən isə minimum 2 illik anlaşmadırı. Emin klub idarəçiləri ilə görüşündə bildirib ki, təklif edilən məbləğ və sövdələşmə müddəti onun üçün gözlənilməz olub.

Çünki konandanın avrokuboklara vəsiqə qazanmasından sonra bu sarıdan hər şeyin qaydasına düşəcəyini güman eləyirmiş.

Mövcud durum ən çox Yuri Vernidubu qayğılandırır. Ötən ilin dekabrından baş məşqçi vəzifəsində əyləşmiş ukraynalı kapitanın düşərgədə saxlanılmasını istəyib.

Təcrübəli çalışdırıcı hesab edir ki, xidmətindən yararlandığı futbolçular arasında Emindən səviyyəlisi yoxdur və o, son 5-6 ayda uğurlu nəticələrin qazanılmasına çox köməklik göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti