Məşq və mətbuat konfransını ləğv etməli oldular - Fırtınaya görə

16 İyun 15:20 Hadisə 457
Məşq və mətbuat konfransını ləğv etməli oldular - Fırtınaya görə

Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup mərhələsinin ilk oyunu öncəsi məşqini və mətbuat konfransını ləğv edib.

Sportinfo/az xəbər verir ki, bu haqda “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Mateus Nunes mətbuat konfransında iştirak etməli idi, lakin pisləşən hava şəraiti ilə əlaqədar komanda rəsmiləri və jurnalistlər təhlükəsizlik məqsədilə məşq meydançasını tərk ediblər. Daha sonra futbolçular qapalı şəraitdə məşq ediblər.

Portuqaliyanın turnirdə ilk oyunu iyunun 17-də Konqo Demokratik Respublikasına qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu