İlkin Fikrətoğlu: "Neftçi" onu tənbeh edə-edə yola saldı və “kəfəni yırtdı” - VİDEO

17:40 Neftçi 312
İlkin Fikrətoğlu: "Neftçi" onu tənbeh edə-edə yola saldı və “kəfəni yırtdı” - VİDEO

Premyer Liqada mövsümün dördüncüsü - sezonu heç bir rəqibində olmadığı qədər - 17 legionerlə keçirən “Neftci”.

“Neftçi” bu mövsüm yaşadıqlarına görə Jan Klod Van Dammın 30 il əvvəlki məşhur döyüş filmlərini xatırlatdı.

2-3 raund döyüldü, sonra inanılmaz geridönüş edərək, meydandan qələbəylə ayrıldı.

“Neftçi” ilk qələbəsini 5-ci turda “Sumqayıt”la görüşdə qazandı. 12-ci tur yekunlşanda hesabında üçü qalibiyyət olmaqla, cəmi 15 xal vardı. Yəni, mümkün xallaırn yarıdan da azı.

Noyabrın 23-də “İmişli”yə məğlubiyyət isə rəhbərliyin səbr kasasını daşıran son damla oldu. Amma Samir Abbasov asanlıqla postundan getmək fikrindı deyildi.

Belədə “Neftçi”nin mətbuat xidməti baş məşqçini nəticələrə görə tənbeh edə-edə, sanki məktəbdən qovulan şagirdi danlamaq tərzində onun istefa xəbərini yaydı. Dinləyin və nəticə çıxarın.

Sitat:

“Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən, transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib. Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub. Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, “İmişli” ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub. Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib. Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir”.

Bax belə!

Samir Abasovun bu dəfə deməyə, 2024/25-ci il mövsümündə olduğu kimi söykənməyə tutarlı bəhanəsi qalmamışdı. Heyəti özün yığmısan, tam səlahiyyət verilib, qarşıya qoyuıan məqsədləri qəbul etmisən, indi buyur, cavab ver!

Nəticədə “Neftçi” Samir Abasovun müqavilə üzrə qalan 7 aylıq maaşını - təxminən 175 min manatı da ödəyərək canını ondan qurtardı.

Gətirdikləri yeni baş məşqçi isə əsl xilaskar oldu. Yuri Vernidub əvvəl işlədiyi klublarda da nəticələri baxımından diqqət çəkmişdi.

O, böhran vəziyyətinin məşqçisi kimi xarakterizə olunurdu. Dekabrın 9-da, Vernidubun təyinatı açıqlanandan - martin 9-dək - “Neftçi” 8 oyundan yalnəz birində, o da “Turan Tovuz”a uduzdu.

Ondan sonrakı sürət daha möhtəşəm idi. 11 oyunda 9 qələbə. 1 heç-heçə və yalnız “Qarabağ”a məğlubiyyət.

32-ci turda artıq çempionluğu təmin etmiş “Sabah” üzərində qələbədə rıqibin rahatlığı, yetərincə motivasiya olmaması da rol oynadı. Bu qələbə həm də “Neftçi”nin üzünə avrokubokların qapısını açdı.

“Sabah” bununla sanki “Neftçi”nin borcunu qaytardı.

Axı ondan əvvəl məhz “Neftçi” evdə “Qarabağ”ı məğlub edərək, “Sabah”ın erkən çempionluğu rısmiləşdirməsinə kömək etmişdi.

İndi isə cənab Vernidubu Avropa imtahanı gözləyir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti