«Qarabağ»ın müdafiəçisi Kevin Medina karyerasını ABŞ-də davam etdirəcək.
Kolumbiyalı legioner MLS klubu ilə anlaşıb.
«Tank» ləqəbli arxa xətt oyunçusu hələlik adı gizli saxlanılan klubla 2+1 illik şəxsi müqavilə şərtlərini razılaşdırı b. Hər mövsümə görə 700-800 min dollar civarında pul alacaq.
Bedəcə, «Qarabağ»ı tərk edən futbolçuların sayı tezliklə 5-ə çatacaq.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmaedən sonra Medinanın da düşərgəni tərk etməsi kifayət qədər realdır.
Belə ki, cənubi amerikalı ABŞ-dən aldığı dəvəti dəyərləndirmək fikrində israrlıdır. «Tank»ın müqaviləsi gələn ilin yayında bitəcəyiəndən, amerikanlılar təzminat ödəməli olacaq - hazırda məbləğ ətrafında son akkordlar vurulur.
2020-ci ildən “köhlən atlar”ın formasını geyinən 33 yaşlı mərkəz oyunçusu mühiti dəyişmək, ABŞ-də yaşamaq həvəsinə düşüb.
Burada maddi şərtlər də vacib rol oynayır. Karyerasının qürub çağında daha çox qazanmaq arzusundadır.
Kevinin 4 dəfə Azərbaycan çempionu adını qazanması Avropanın üç turnirinin hər birinin qrup mərhələsində təcrübə toplaması, ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın aparıcı fiqurlarından biri olması ona olan marağı artırıb.
Medina 6 illik Azərbaycan kareyrasını başa vurmaq istədiyini “Qarabağ” rəsmilərinə bildirib. Əvvəlki dönəmlərdə xaricdən gələn təkliflərə isti yanaşmırdısa, indi bu fikirdən daşınıb.
O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib. Medina ABŞ klubu ilə hələ mart ayının əvvəlindən görüşmlərə başlayıb.
SPORTİNFO.AZ

